Heqiqet.Az » idman » Kroos Real Madridin UEFA Çempionlar Liqası tarixində 1000-ci qolunu vurub


Kroos Real Madridin UEFA Çempionlar Liqası tarixində 1000-ci qolunu vurub

8-12-2021, 07:18
Çap et
Kroos Real Madridin UEFA Çempionlar Liqası tarixində 1000-ci qolunu vurub İspaniyanın “Real” futbol klubu Madriddəki “Santyaqo Bernabeu” stadionunda Çempionlar Liqasının qrup mərhələsinin altıncı turu çərçivəsində İtaliyanın “İnter” klubunu 2:0 hesabı ilə məğlub edib.
"Kral klubunun" heyətində qolları Toni Kroos (17-ci dəqiqə) və Marko Asensio (79) vurub. Görüşün 64-cü dəqiqəsində “İnter”in yarımmüdafiəçisi Nikolo Barella qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Kross "Real"ın Avropa çempionlar kuboku və Çempionlar Liqası tarixində 1000-ci qolunu vurub. Madrid komandası bu göstəriciyə çatan ilk komanda olub.
“İnter” üzərində qələbə qazanan “Real Madrid” 15 xalla D qrupunda birinci yeri tutub. Simone İnzaghi-nin yetirmələri 10 xalla ikinci sıradadır. Qrupda üçüncü yeri Ukraynanın "Şaxtyor" klubu ilə 1:1 hesablı heç-heçə edən Moldovanın "Şerif" komandası tutub (7 xal). Moldovalılar çıxışlarını UEFA Avropa Liqasının 1/16 finalında davam etdirəcək. "Şsxtyor" isə 2 xalla qrup sonuncusu olub.
Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi dekabrın 13-də keçiriləcək. Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları 2022-ci il fevralın 15, 16, 22 və 23-də, Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunları isə 2022-ci il fevralın 17-də keçiriləcək.
Reytinq: