Qarabağda kənd təsərrüfatının strateji inkişaf planı açıqlanıb15-12-2021, 06:14
Çap et Bunu Kənd Təsərrüfatı Nazirliyi nəzdində Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib. Onun sözlərinə görə, mərkəzin planlaşdırdığı bütün layihələr kənd təsərrüfatı sahəsi üzrə xidmətlərin təmin olunması və fermerlərin heyvandarlıqla məşğul olması üçün şəraitin yaradılması ilə bağlıdır. "Bütün bu işlər artıq planlaşdırılıb və onların reallaşdırılması əhalinin azad edilmiş ərazilərə qayıtması ilə birgə tədricən həyata keçiriləcək. Bundan başqa, Azərbaycan hökuməti azad edilmiş ərazilərdə iqtisadiyyatın innovativ texnologiyalara əsaslanması barədə qərar verib", - deyə o, bildirib. Mərkəz direktoru, həmçinin qeyd edib ki, bütün işlər "ağıllı" kənd təsərrüfatı modeli üzrə reallaşdırılacaq. "Bu model iqtisadi baxımdan ənənəvi modeldən daha səmərəlidir. Ona görə də bütün inkişaf mexanizm və alətləri sırf innovasiya və texnologiyalara əsaslanacaq", - F.Fikrətzadə deyib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
