Heqiqet.Az » dunya » Bayden 2024-cü ildə keçiriləcək seçkilərdə iştirak edib-etməyəcəyini açıqladı


Bayden 2024-cü ildə keçiriləcək seçkilərdə iştirak edib-etməyəcəyini açıqladı

23-12-2021, 06:37
Çap et
Bayden 2024-cü ildə keçiriləcək seçkilərdə iştirak edib-etməyəcəyini açıqladı Ağ Evin hazırkı rəhbəri Cozef Bayden 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində respublikaçı Donald Trampla mübarizə aparmağa hazır olduğunu açıqlayıb.
Hazırkı ABŞ prezidenti bunu "ABC" telakanalına müsahibəsində deyib.
"İndiki kimi sağlam olsam, yenə prezident seçkilərində iştirak edəcəyəm", - deyə C.Bayden bildirib.
Aparıcının ABŞ-ın 45-ci prezidenti Donald Tramp ilə mümkün seçkiqabağı yarış ilə bağlı sualına Cozef Bayden müsbət cavab verib.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2020-ci ilin 3 noyabr tarixində keçirilib. Demokrat Cozef Bayden seçkilərdə qələbə qazanıb.
Reytinq: