Heqiqet.Az » tehsil » Azərbaycanlı alimin yeni uğuru


Azərbaycanlı alimin yeni uğuru

23-12-2021, 11:54
Çap et
Azərbaycanlı alimin yeni uğuruHər il olduğu kimi Azərbaycan Dövlət Dəniz Akademiyasının İnformasiya Resurs Mərkəzinin müdiri, r.e.d., prof. Rövşən Zülfüqar oğlu Hümbətəliyevin il ərzində elmi araşdırmaları və beynəlxalq qurumlara üzvülüyü bu ildə də davam etmişdir. Bu ilin noyabr ayında alimin Azərbaycan Təhsil Nazirliyinin Təhsil İnstitutunun p.e.d., prof. H.H.Əhmədovla birgə apardıqları tədqiqatı nəticəsi olaraq DÖVRİ ELMİ NƏŞRLƏRİN DAXİL OLDUĞU BEYNƏLXALQ XÜLASƏLƏNDİRMƏ VƏ İNDEKSLƏMƏ (Scopus və Clarivate Analytics indexed) bazasına daxil olan
https://www.webofscience.com/wos/woscc/summary/18064537-55cf-483d-8fc8-3cc1c5c5346f-17670207/relevance/1
“Revista Universidad y Sociedad”, Vol.13(6), (p.265-274) /
https://rus.ucf.edu.cu/index.php/rus/article/view/2391/2351
elmi nəşrində “On the solvability of some boundary value problems for operator-differential problems in a finite interval” adlı məqalə çap olunurb.
Qeyd edək ki, məqalə redaksiya tərəfindən bəyənilib və gələcək də də müəlliflərə məqalələrini nəşr etmək üçün hazır olduqları bildirilib. Azərbaycanlı alimin yeni uğuru
Elmi araşdırmalarla yanaşı R.Z.Hümbətəliyev bu ilin noyabr ayında İtaliya Beynəlxalq Sosial İqtisadi Akademiyaya həqiqi üzv akademik seçilmişdir.
Rövşən müəllimi bu münasibətlə təbrik edirəm. Arzu edirəm ki, daha böyük uğurlar qazansın.

Nahidə Aslanqızı,
müəllim, yazıçı
Reytinq: