Kənd turizmində yeni sahibkarlıq subyektlərinin təsisinin vətəndaşlara hansı xeyiri olacaq? - AÇIQLAMA11-01-2022, 06:58
Çap et Məsələ ilə bağlı açıqlama verən iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, ölkəmizdə turizm sahəsi inkişaf etməkdədir. "Dünya turizm təcrübəsində hətta qonşu Gürcüstan təcrübəsini tətbiq etmək çox əhəmiyyətli olardı. Bu müəssisələrin təsis edilməsi ev və fermer təsərrüfatlarının inkişafına müsbət təsir edəcək. Bu, bölgələrə həm yerli, həm də xarici turistlərin marağını və axınını artıracaq. Digər tərəfdən bu yerli kənd təsərrüfatı məhsullarının tanıdılması baxımından da çox önəmlidir. Bu cür müəssisələr fermerlərin və ailə təsərrüfatlarının inkişafına əhəmiyyətli təsir göstərəcək. Həmçinin ölkəmizin turizm potensialının artmasına faydalı olacaq." - deyə, ekspert bildirib. Qeyd edək ki, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi kənd turizminin inkişafı, yeni sahibkarlıq subyektlərinin yaradılması, əhalinin özünüməşğulluğunun təmin edilməsi və yerli icmaların rifahının yaxşılaşdırılması məqsədilə həyata keçirilir. Layihə KOBİA-nın və Dövlət Məşğulluq Agentliyinin dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə ilk dəfə İsmayıllı rayonunun Buynuz, Xanagah, Topçu, Təzəkənd, Sumağanlı kəndlərində və Lahıc qəsəbəsində həyata keçirilib. İsmayıllıda 15 kənd qonaq evi yaradılıb, 300 nəfərə yaxın kənd sakini sahibkarlıq və özünüməşğulluq imkanları barədə məlumatlandırılıb. Bununla da 15 ailədən olan 40 nəfərə yaxın qadının və gəncin məşğulluğu təmin edilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
