Heqiqet.Az » hadise » Gəncədə quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb


Gəncədə quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

3-02-2022, 06:03
Çap et
Gəncədə quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxsin kimliyi məlum olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Bünyadzadəyanvar ayının 31-də tələbələrin yaşadığı mənizlə daxil olaraq mənzil sakinlərini əlindəki bıçaqla hədələyərək ümumi dəyəri 4000 manat olan qızıl-gümüş və mobil telefonu quldurluq yolu ilə mənimsəyib
Saxlanılan şəxs istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.
Reytinq: