Araik Arutyunyan qısa müddətdə tutularaq istintaqa cəlb ediləcək - Baş Prokurorluq15-02-2022, 08:38
Çap et Bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bildirib. O qeyd edib ki, Arutyunyan 2020-ci ilin oktyabr ayında Gəncə şəhərində dinc əhaliyə qarşı törədilən 4 terror hücumunda təqsirləndirilir. "Bu terror Ermənistan ərazisindən törədilmişdi. Hadisə nəticəsində 26 dinc sakin qətlə yetirilib, 175 nəfər isə xəsarət alıb. Oktyabrın 4-də Araik Arutyunyan öz sosial şəbəkə hesabından bu terrorun məsuliyyətini öz üzərinə götürdüyünü elan edib. Faktla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb və Araik Arutyunyan barəsində axtarış elan edilib. Arayik Arutyunyanın istintaqa təhvil verilməməsi müvəqqətidir. Arutyunyan hansısa ərazidə sərbəst gəzə bilər. Hesab edirəm ki, beynəlxalq konvensiyaya uyğun olaraq qısa müddət ərzində istintaq və əməliyyat qrupları tərəfindən Arutyunyan saxlanılaraq istintaqa təhvil veriləcək", - deyə idarə rəisi bildirib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
