“Hamı bilir ki, o, Ramiz Mehdiyevin hesabına vəzifəyə gəlib” – Deputat17-02-2022, 06:10
Çap et Dəfələrlə Ramiz Mehdiyevi istefaya çağıran deputat Etibar Əliyev bildirib ki, Ramiz Mehdiyev barəsində yüksək səviyyəli ekspertlər, deputatlar yetərincə tənqidi çıxışlar ediblər. Nəticədə o istefa vermək qərarına gəlib. “Ramiz Mehdiyev, nəhayət, vəzifəsindən istefa verdi. İctimaiyyət bunu çoxdan gözləyirdi. Ancaq onun oğlunun tutduğu vəzifə barədə mən heç nə deyə bilmərəm. Bu barədə FHN qərar verə bilər”. Onun sözlərinə görə, Ramiz Mehdiyevin oğlu qapalı fiqurdur: “Ümumiyyətlə, onun oğlu işi ilə əlaqədar heç vaxt üzdə olmayıb. Qapalı fiqur kimi qalır. Onun üzünü görən, haqqında məlumat eşidən də yoxdur. Qapalı fiqurdur. Hamı bilir ki, o, atası Ramiz Mehdiyevin hesabına bu vəzifəni tutub. Hər halda bu şəxsin vəzifədə qalıb-qalmayacağı məni maraqlandırmır”. Qeyd edək ki, sabiq AMEA rəhbərinin oğlu Teymur Mehdiyevdir. O, 5 may 2014-cü il tarixindən Fövqəladə Hallar nazirinin müavini təyin edilib və general-mayor ali hərbi rütbəsi daşıyır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
