Heqiqet.Az » idman » AFFA-nın icraçı vitse-prezidenti FIFA-nın prezidenti ilə görüşüb


AFFA-nın icraçı vitse-prezidenti FIFA-nın prezidenti ilə görüşüb

24-02-2022, 05:45
Çap et
AFFA-nın icraçı vitse-prezidenti FIFA-nın prezidenti ilə görüşüb AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İsveçrənin Sürix şəhərində, FIFA-nın mənzil-qərargahında beynəlxalq futbol təşkilatının prezidenti Gianni İnfantino ilə görüşüb.
Görüş zamanı E.Məmmədov AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından G.İnfantinoya ötən il təşkil olunan Avropa çempionatı zamanı Bakıya təşrif buyurması və “Avro-2020”nin Bakı Olimpiya Stadionunda keçirilən İsveçrə-Türkiyə oyununu izləməsi ilə əlaqədar bir daha minnətdarlığını bildirib.
Azərbaycanda futbolun inkişafı, FIFA ilə AFFA arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı müzakirələrin aparıldığı görüşdə son dövrlər ölkəmizdə həyata keçirilmiş futbol infrastrukturu layihələri barədə ətraflı məlumat verilib.
E.Məmmədov Azərbaycan Premyer Liqasında yaxın gələcəkdə VAR sisteminin tətbiq olunacağını bildirib və bu istiqamətdə görülmüş işlər haqqında FIFA prezidentini məlumatlandırıb.
Reytinq: