Heqiqet.Az » sosial » Azərbaycan qadınları vətəndaş cəmiyyəti quruculuğu sahəsində fəal iştirak edirlər


Azərbaycan qadınları vətəndaş cəmiyyəti quruculuğu sahəsində fəal iştirak edirlər

8-03-2022, 19:28
Çap et
Azərbaycan qadınları vətəndaş cəmiyyəti quruculuğu sahəsində  fəal iştirak edirlər Tarixən Azərbaycan qadınları həyatın müxtəlif sahələrində fəallıq göstərmiş və seçilmişlər. Eləcə də 2-ci dünya müharibəsində Azərbaycanlı qadınlar, hətta müharibənin ön cəbhələrində fədakarlıq göstəriblər.
Azərbaycanda qadın siyasətinin və qadınların yeni, parlaq inkişaf mərhələsi ulu öndər, ümummilli liderin Heydər Əliyevin dövründə onlara verilən əhəmiyyətin yüksəlməsi və qadınların dövlət idarəçiliyində irəli çəkilməsi ilə bağlıdır. Bu siyasət Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir. Xüsusilə qeyd edilməlidir ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ölkədə və dünyada müasir, vətənpərvər və inkişaf etmiş Azərbaycan qadınının təcəssümünə çevrilib. Artıq dünyada Azərbaycan qadını haqqında təsəvvür və fikirlər stereotip və klişelər əsasında deyil, Mehriban xanım Əliyevanın şəxsiyyəti və fəaliyyəti əsasında formalaşır. Onun UNESCO-nun və müsəlman aləmini əhatə edən İSESCO-nun sülhməramlı səfiri kimi ölkəmizi, eyni zamanda Şərqdə və Qərbdə, Asiyada və Avropada təmsil etməsi Azərbaycanın yumşaq güc siyasətinin formalaşmasında və uğurla həyata keçirilməsində Mehriban xanım Əliyevanın lider rolunda çıxış etdiyini göstərir. Azərbaycan qadınları vətəndaş cəmiyyəti quruculuğu sahəsində  fəal iştirak edirlər
Azərbaycan qadınları cəmiyyətdə fəal və aparıcı qüvvə kimi çıxış edirlər. Azərbaycan cəmiyyətinin inkişafında qadınların rolu böyükdür. Bu inkişafın xüsusiyyətlərindən biri onun milli-mənəvi dəyərlərimiz və adət-ənənələrimizə sədaqət və yüksək vətənpərvərlik hissinin qorunub saxlanmasıdır. Vətən müharibəsindəki qələbəmiz və həmin qələbənın hərəkətverici qüvvəsi olan gənclərimizin qəhrəmanlıqları Azərbaycan qadınının onlara verdiyi yüksək tərbiyəyə və ülvi vətənpərvərlik duyğusuna dəlalət edir. Eyni zamanda, şəhid və qazilərimizin analarının, bacılarının və həyat yoldaşlarının Vətən müharibəsi zamanı və sonrakı dövrdə göstərdikləri dəyanət və mətanət hər birimiz üçün qürur mənbəyidir. Bununla, qadınlar ölkəmizdə uşaq və yeniyetmələrin əsl vətəndaş kimi yetişməsində müstəsna rol oynayırlar.
Azərbaycan qadınları vətəndaş cəmiyyəti quruculuğu sahəsində də fəal iştirak edirlər, gender bərabərliyinin möhkəmlənməsi istiqamətində töhfə verirlər. Eləcə də, dövlət qurumlarında, parlamentdə, siyasi həyatda, elm və mədəniyyət sahələrində təmsil olunurlar.
Azərbaycanda qadınların inkişafı məqsədilə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında çoxlu sayda fərman və sərəncamlar verilmiş, qanunvericilik aktları qəbul edilmişdir. Bu siyasətin tarixi və intellektual kökləri Azərbaycanın mütəfəkkir və ictimai xadimlərinin qadına münasibətinə bağlıdır.
Ölkəmizdə 8 Mart Beynəlxalq Qadınlar Gününün hər il rəsmi bayram günü kimi qeyd edilməsi və həmin gün münasibəti ilə ənənəvi olaraq dövlət başçısının qadınları təbrik etməsi Azərbaycanda qadınlara verilən önəmin və bu sahədə aparılan siyasətin rəmzidir.
Birinci vise-prezident Mehriban xanım olmaqla bütün şəhid analarını, həmçinin Azərbaycan xanımlarını bayram münasibətilə təbrik edir, işlərində ugurlar arzulayıram.
Lənkəran Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxovanın keçirdiyi 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Başını dik tut,Şəhid anası"adlı keçirtdiyi tədbirdə iştirak edən Şəhid analarının göz yaşını quruda bilməsə də,silməyə çalışdı.Reyhanə xanım bildirdi ki,bunu hər birimiz çalışdığımız sahədə bacarmalıyıq,çünkü onlar bizim qürur mənbəyimizdir!
Tədbir Şəhid analarına olan hislərini əks etdirən Reyhanə xanımın müəllifi olduğu şerləri sesləndirilərək davam etdi.
Fikrimi R.Sadıxovanın yazdığı bir bənd şeiri ilə bitirmək istəyirəm.
Şəhid analarının göz yaşlarını,
Bir el də yığıla quruda bilməz.
Bala həsrətilə yanıb,qovrulan,
O titrək qəlbini ovuda bilməz!

Mahilə Qurbanova,
müəllim, yazıçı
Reytinq: