» » Ukraynanın Aİ üzvlüyünü avropalıların əksəriyyəti dəstəkləyir


Ukraynanın Aİ üzvlüyünü avropalıların əksəriyyəti dəstəkləyir

16-03-2022, 12:15
Çap et
Ukraynanın Aİ üzvlüyünü avropalıların əksəriyyəti dəstəkləyir Avropa İttifaqının (Aİ) bəzi böyük üzv ölkələrinin ictimaiyyəti Ukraynanın bu təşkilatdakı üzvlüyünə tərəfdardır.
“Politico”nun İspaniya, Fransa, İtaliya, Yunanıstan, Almaniya və Niderlandda keçirdiyi rəy sorğusunda 1000-ə yaxın insan iştirak edib.
İspaniyada sorğu iştirakçılarının 53 faizi Ukraynanın Aİ üzvlüyünə dərhal, 23 faizi bir neçə il sonra qəbul olunmasına tərəfdar, 11 faizi isə bu ölkənin üzvlüyünə qarşı çıxıb. Almaniyada isə Ukraynanı Aİ üzvlüyünə dərhal qəbul olunmasına 22 faiz, bir neçə il sonra 41 faiz tərəfdardır, 24 faiz isə buna qarşı çıxır. Yunanıstanda isə iştirakçıların 21 faizi Ukraynanı Aİ-yə dərhal, 33 faiz bir müddət sonra qəbulunu dəstəkləyir, 39 faiz buna qarşı çıxır.
Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsini yolverilməz hesab edənlər Niderlandda 88 faiz, İspaniyada 86 faiz, Almaniyada 82 faiz təşkil edir. Bununla belə sorğu iştirakçılarının bir qismi Rusiyanın qonşu ölkəyə hücumunu “yolverilməz, amma başa düşülən” olaraq dəyərləndirib.
Avropa İttifaqının öz ordusuna malik olmasını dəstəkləyənlər Rusiyanın Ukraynaya qarşı başladığı müharibədən əvvəl Yunanıstanda 55 faiz, müharibə başlayandan sonra 62 faiz, Fransada müvafiq olaraq 35 faiz və 47 faiz, İspaniyada da 28 faiz və 48 faiz təşkil edib.
Reytinq: