Heqiqet.Az » iqtisadiyyat » BVF anti-Rusiya sanksiyalarının nəticələrinin yumşaldılmasında Mərkəzi Asiya ölkələrinə dəstək verməyə hazırdır - Departament direktoru


BVF anti-Rusiya sanksiyalarının nəticələrinin yumşaldılmasında Mərkəzi Asiya ölkələrinə dəstək verməyə hazırdır - Departament direktoru

1-04-2022, 04:54
Çap et
BVF anti-Rusiya sanksiyalarının nəticələrinin yumşaldılmasında Mərkəzi Asiya ölkələrinə dəstək verməyə hazırdır - Departament direktoruBeynəlxalq Valyuta Fondu anti-Rusiya sanksiyalarının mümkün iqtisadi nəticələrinin yumşaldılmasında Mərkəzi Asiya ölkələrinə dəstək verməyə hazırdır.
Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur bildirib.
C.Azur qeyd edib ki, Mərkəzi Asiya ölkələri anti-Rusiya sanksiyaları kontekstində regionda artan qeyri-müəyyənliyin və bir sıra geosiyasi amillərin uzunmüddətli təsirini hiss edəcəklər.
Onun sözlərinə görə, neft, qaz və metal kimi əmtəələri ixrac edən ölkələr həmin məhsulların daha yüksək ixrac qiymətlərindən faydalanacaqlar ki, bu da onların xarici və fiskal mövqelərini gücləndirməlidir:
"Eyni zamanda, Mərkəzi Asiya ölkələrinin istər mal və ya xidmətlərinin ixracına tələbin zəifləməsi, istərsə də turizm sektoru (bu ölkələrdən gələn turistlərin 27 faizi Rusiyaya gedir), pul köçürmələrinin azalması ilə əlaqədar Rusiyadakı iqtisadi tənəzzülün və sanksiyaların təsirini hiss edəcəyi gözlənilir, bu da xüsusilə həssas əhalinin gəlirlərinə təsir göstərir (Qırğızıstan və Tacikistanda ÜDM-in 20 faizindən çoxu Rusiyadan pul köçürmələridir). Və ya investisiyaların, xüsusilə enerji və mədənçıxarma sektorlarında azalma və ya yüksək inflyasiya, xüsusilə ərzaq və enerji qiymətləri ilə öz təsirini göstərə bilər, bu da aşağı gəlirli istehlakçıların yükünü artıracaq", - deyə C.Azur qeyd edib.
Mərkəzi Asiya ölkələrinin bu təsirləri azaltmaq üçün hansı tədbirləri görməli olduğunu şərh edən C.Azur bildirib ki, bu vəziyyətdə hər kəsə uyğun yanaşma yoxdur, çünki təsirlərin xarakteri və miqyası ölkə şəraitindən asılı olaraq dəyişəcək.
Birincisi, o qeyd edib ki, mövcud fiskal siyasət məkanı uzunmüddətli perspektivdə dövlət borcunun davamlılığını qorumaqla, əhalinin ən həssas təbəqələrini dəstəkləmək üçün istifadə edilməlidir:
"Daha geniş şəkildə, cavab tədbirləri ölkədən ölkəyə çox fərqli olan və bir çox hallarda COVID-19 pandemiyası zamanı ağır zərbələrə məruz qalmış mövcud buferləri nəzərə almalıdır. Bəzi ölkələr inflyasiya təzyiqlərinə qarşı durmaq üçün artıq pul siyasətini sərtləşdiriblər, lakin qlobal əmtəə qiymətləri artdıqca və maliyyə şərtləri sərtləşdikcə daha çox ehtiyac ola bilər. Mümkün olan yerdə, məzənnənin tənzimlənməsi də xarici şokların ən azı bir hissəsini kompensasiya etməyə kömək etməlidir. Makroprudensial siyasət maliyyə sektoru risklərini azaltmağa kömək etməlidir".
C.Azur bildirib ki, nəhayət, bu makro-maliyyə siyasət tədbirləri gələcək inkişaf və iş yerlərinin yaradılması üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün özəl sektorun inkişafını və investisiyaları təşviq etmək üçün davam edən islahatlarla dəstəklənməlidir:
"BVF hadisələrin inkişafını yaxından izləyir və Mərkəzi Asiya ölkələri üçün nəticələrini qiymətləndirir. Fond onların hər birinə siyasi məsləhətləşmələr, o cümlədən lazım gələrsə, maliyyə yardımı göstərməyə hazırdır".
Reytinq: