Telefonunuza belə mesajlar gəlsə, ALDANMAYIN!13-04-2022, 06:32
Çap et Guya DİN-nin adından gələn xəbərdarlıqda bildirilir ki, istifadəçinin xətti pedofiliya elementləri, zorakılıq və homoseksualizm təbliğatlı pornoqrafik saytlara dəfələrlə girdiyi üçün blok olunur. Qeyd edilir ki, bloku ləğv etmək üçün istifadəçi göstərilən nömrəyə 80 manat cərimə ödəməlidir. Cərimənin ödənilməsi üçün isə "E-manat", "Easypay" ödəniş sistemində pul kisəsi ünvanı göstərilir. "Cərimənin ödənilməsindən imtina etdiyiniz və ya cəriməni ödəmədən bloklanmanı açmağa cəhd etdiyiniz halda, həbs olunmağınız üçün yaşayış yerinizə dərhal istintaq-əməliyyat qrupu göndəriləcək", - deyə xəbərdarlıqda bildirilir. DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Trend-ə açıqlamasında bildirib ki, belə dələduzluq halları tez-tez müşahidə edilir. "Daxili İşlər Nazirliyinin adından göndərilən belə mesajlar həqiqətə uyğun deyil. Bütün belə mesajlar yalandır", - deyə E.Hacıyev bildirib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
