Heqiqet.Az » dunya » Avropada təbii qaz 11 faizdən çox ucuzlaşıb


Avropada təbii qaz 11 faizdən çox ucuzlaşıb

19-04-2022, 06:58
Çap et
Avropada təbii qaz 11 faizdən çox ucuzlaşıb Avropa birjalarında təbii qaz qiymətləri fevralın 23-dən bəri ilk dəfə min kubmetr üçün 1 000 dollardan aşağı düşüb.
Niderlandın TTF habında qazın min kubmetrinin qiyməti 947 dollaradək azalıb.
Son sutka ilə müqayisədə təbii qaz 11,1 faiz ucuzlaşıb.
Qeyd olunur ki, ucuzlaşma Avropada havanın isinməsi, yeraltı qaz anbarlarına təbii qaz ehtiyatlarının doldurulması və Rusiyadan stabil qaz axınının davam etməsi ilə əlaqədar baş verir.
Reytinq: