ANAMA Qarabağda fəaliyyət göstərəcək arıçı - fermerlərə təhlükəsizlik qaydalarına dair təlim keçib1-05-2022, 16:53
Çap et Agentlikdən verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin müraciətinə əsasən keçirilən təlim, işğaldan azad edilən Füzuli, Cəbrayıl və Xocavənd rayonları ərazilərində arıçı ailələrə dəstək pilot layihəsinin başlanılmasına xidmət edir. Qeyd edilən rayonlarda öncədən müəyyən edilən sahələr üzrə ANAMA tərəfindən təmizlənmə, yoxlanılma, monitorinq keçirilib və yaxın zamanda arıçı ailələrin köçürülməsi planlaşdırılır. Qarabağ bölgəsinin iqlim müxtəlifliyi və zəngin bitki örtüyü bu sahənin inkişaf potensialını daha da artırır. Qarabağ bölgəsinə səfər edən, burada bərpa və quruculuq işlərinə cəlb olunan, həmçinin sahibkarlıqla məşğul olan hər bir şəxs, mütləq şəkildə xüsusi davranış və təhlükəsizlik qaydalarına əməl etməlidir. Göstərişlərə riayət etməyən şəxslərin mina və partlamamış hərbi sursat qurbanı olmaq ehtimalı yüksəkdir. Bugünədək ANAMA mütəxəssisləri tərəfindən işğaldan azad edilmiş rayonlarda arıçılıqla məşğul olan 100-dən çox fermerə mina təhlükəsizliyinə dair təlim keçirilib. Ümumiyyətlə, Qarabağ bölgəsində bərpa və quruculuq fəaliyyəti ilə məşğul olan dövlət və özəl təşkilatların nümayəndələrindən 5 000 nəfərdən artıq əməkdaş Agentliyin təhlükəsizlik qaydaları barədə təlimlərdə iştirak edib. ANAMA tərəfindən həyata keçirilən partlayıcı sursatların təhlükəsinə dair təlimlər əsasən ümumi maarifləndirmə, təlimçilərin təlimi, icma əsaslı və məktəblərdə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə istiqamətində həyata keçirilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
