Heqiqet.Az » idman » "Real Madrid"in baş məşqçisi rekorda imza atıb


"Real Madrid"in baş məşqçisi rekorda imza atıb

5-05-2022, 06:11
Çap et
"Real Madrid"in baş məşqçisi rekorda imza atıb Karlo Ançelottinin rəhbərliyi altında İspaniyanın “Real Madrid” komandası “Mançester Siti” üzərində qələbə (3:1, ümumi hesabda 6:5) sayəsində Çempionlar Liqasının finalına yüksəlib.
Beləliklə, bu final oyunu italiyalı mütəxəssisin karyerasında 5-ci olacaq. Bundan əvvəl o, 2003, 2005 və 2007-ci illərdə "Milan"la Çempionlar Liqasının finalına yüksəlib. O, həmçinin 2014-cü ildə "Real Madrid" ilə Çempionlar Liqasının finalına keçə bilib.
K.Ançelotti bu göstərici üzrə rekordçu olub. O, hərəyə 4 dəfə Çempionlar Liqasının finalına çıxan Aleks Ferqyuson, Marçello Lippi və Yurqen Kloppu qabaqlayıb.
Reytinq: