Heydər Əliyev – müasir Azərbaycan dövlətinin əbədiyaşar memarı6-05-2022, 13:37
Çap et Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək “Mənim başa çatdıra bilmədiyim bütün işləri İlham Əliyev başa çatdıracaq”, - söyləmiş və İlham Əliyevi siyasi varis elan etmişdi. Bu hadisə 2003-cü ilin payızında olmuşdu... Düz 17 il sonra isə yenə payızda Prezident İlham Əliyev böyük strateq Heydər Əliyevin uzaqgörən dühasının sübuta ehtiyacı olmadığını təsdiq etdi və Ali Baş Komandan, strateq sərkərdə olaraq işğalçı Ermənistanın yenidən atəşkəsi pozaraq torpaqlarımıza olan təcavüzünə qarşı Azərbaycan Ordusuna əks-hücuma keçmə əmrini verdi. Vaxtilə ulu öndər Heydər Əliyev Qarabağ münaqişəsini əlində xətkeş, önündə Azərbaycanın xəritəsi dünyaya Azərbaycanı-Qarabağı tanıdırdı, hazırda Ali Baş Komandan İlham Əliyev dünyanın məşhur televiziya və KİV-lərinə “Qarabağ Azərbaycandır” bəyan edir. Bu gün tarix Heydər Əliyevin dövlətçilik strategiyasının nə qədər effektiv və uzaqgörən olmasını bir daha sübut edir. Əminliklə deyə bilərik ki, biz hələ uzun bir tarixi dövr ərzində Heydər Əliyev kursunun dəyərini, davamlılığını, onun xalqımızın və milli dövlətçiliyimizin taleyində oynayacağı əvəzsiz rolun şahidi olacağıq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
