Azərbaycanda ilk dəfə üzgüçülüyün dayvinq növü üzrə beynəlxalq yarış keçirilib18-05-2022, 06:01
Çap et Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan, Rusiya və Özbəkistandan olan 4 qadın və 19 kişi idmançı birincilikdə öz güclərini sınayıblar. Yarışlara Beynəlxalq Dayvinq Federasiyası tərəfindən iki hakim göndərilmişdi. Yarışın qaydalarına əsasən idmançılar birinci günü suda nəfəs saxlama, ikinci günü isə suya dərinliyə baş vurma üzrə mübarizə aparırdılar. Yarışların hər iki növündə kişilərdən Qubad Məmmədov, qadınlardan isə Anna Vəliyeva birinci yeri qazandılar. Sonraki iki yeri kişilərdən Eldar Qadirov və Namiq Əhmədzadə, qadınlardan isə Oksana Beker və Ülviyyə Həsənova tutdular. Bakı Su İdmanı Sarayında təşkil olunan beynəlxalq turnir iki gün davam edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
20:46
Damət SalmanoğluHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
