Xarici TIR sürücülərinə qarşı dələduzluq edən şəxs saxlanılıb23-05-2022, 07:26
Çap et Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs özünü xaricə müxtəlif təyinatlı məhsullar ixrac edən iş adamı kimi təqdim edib. Aydın Qambayev Bakı şəhərində olan və beynəlxalq yükdaşıma ilə məşğul olan müxtəlif xarici ölkə vətəndaşları olan TIR sürücülərini guya onların avtomobilləri ilə yük göndərəcəyi adı altında aldadaraq zərərçəkənlərin pullarını ələ keçirib. Bu müddət ərzində Aydın Qambayev 20-ə yaxın TIR sürücüsünü dələduzluq yolu ilə aldadıb. Faktlarla bağlı saxlanılan şəxs barəsində 29-cu Polis Şöbəsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Aydın Qambayevin digər cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
