Heqiqet.Az » idman » Bədii gimnastika üzrə "Ocaq Sport" klubunun açıq birinciliyi çox maraqlı keçir – Gənc gimnast


Bədii gimnastika üzrə "Ocaq Sport" klubunun açıq birinciliyi çox maraqlı keçir – Gənc gimnast

1-06-2022, 10:50
Çap et
Bədii gimnastika üzrə "Ocaq Sport" klubunun açıq birinciliyi çox maraqlı keçir – Gənc gimnast Bədii gimnastika üzrə "Ocaq Sport" klubunun 1-ci açıq birinciliyi çox maraqlı keçir.
Bunu yarışların iştirakçısı, "Ocaq Sport" klubunun Zaqatala filialının yetirməsi Firuzə Məmmədova deyib.
"Bədii gimnastika məşqlərinə məni valideynlərim gətirib və mənim bu idman növünə böyük sevgim yaranıb. Bəzən məşqlərin çətin olmasına baxmayaraq, mən bədii gimnastikanı çox sevirəm. Birincilik çox maraqlı keçir, mən bu yarışda iştirak etməkdən çox şadam", - deyə o bildirib.
Qeyd edək ki, iyunun 1-2-də Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə "Ocaq Sport" klubunun 1-ci açıq birinciliyi keçirilir. Yarışlarda 248 gimnast çıxış edir, onlardan 202-i paytaxt idman klublarını, 46 nəfəri bölgələri təmsil edir.
İkigünlük yarışlarda idmançılar həm çoxnövçülük, həm fərdi proqramda, həm də qrup hərkətlərdə mübarizə aparır.
Reytinq: