Futbol üzrə İtaliya millisi son 65 ildə ilk dəfə qapısından 5 top buraxıb15-06-2022, 05:45
Çap et Hesabı 10-cu dəqiqədə almaniyalı yarımmüdafiəçi Coşua Kimmix açıb. İlk hissəyə əlavə olunmuş vaxtda onun komanda yoldaşı İlkay Gündoğan penaltini dəqiq yerinə yetirərək komandasının üstünlüyünü iki qola çatdırıb. Almaniya millisi ikinci yarıdada rəqiblərinə heç bir şans verməyib: Tomas Müller 51-ci dəqiqədə hesabı 3:0-a çatdırıb. Daha sonra Timo Verner 2 dəqiqədə (68, 69-cu dəqiqələr) dubla imza atıb. Oyunun sonlarına yaxın italyanlar 2 qol vurmağa müvəffəq olub. 78-ci və oyunun əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə müvafiq olaraq Wilfred Nyonto və Alessandro Bastoni fərqləniblər. Qeyd edək ki, "Skuadra Adzura" 1957-ci ildən bəri ilk dəfə bir matçda 5 qol buraxıb. O zaman italyanlar Yuqoslaviyaya 1:6 hesabı ilə uduzmuşdular. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
