Heqiqet.Az » hadise » Qadınları Türkiyədə cinsi istismara məruz qoyan dəstəyə hökm oxundu


Qadınları Türkiyədə cinsi istismara məruz qoyan dəstəyə hökm oxundu

22-06-2022, 06:08
Çap et
Qadınları Türkiyədə cinsi istismara məruz qoyan dəstəyə hökm oxundu Bakı Ağır Cinayətlər Məhkəməsində qadınları Türkiyəyə apararaq orada cinsi istismara məruz qoymaqda təqsirləndirilən Aynur Fərruxova və Şirin Məmmədovanın işi üzrə məhkəmə prosesi başa çatıb.
Prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə hər iki şəxs 3 il azadlıqdan məhrum edilib.
İttihama görə, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı olan qadınların etibarından sui-istifadə edərək Türkiyə Respublikasının Balıkesir şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Aynur Fərruxova və Şirin Məmmədova tutulublar.
Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə (İnsan alveri) ittiham elan olunub.
Reytinq: