“ASAN xidmət” yayayış yeri üzrə arayış və taksi lisenziyalarının verilməsini də təmin edəcək18-09-2015, 15:19
Çap et Bu xidmətin noyabr ayında “ASAN xidmət” mərkəzləri çərçivəsində göstərilməsi təmin ediləcək. Bu barədə Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov deyib. A.Hüseynov qeyd edib ki, vətəndaşlara yaşayış yeri üzrə və mənsubiyyət arayışlarının verilməsi ilə bağlı isə hazırda aidiyyatı orqanlarla – Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti ilə danışıqlar aparılır: “Bu xidmətlərin də ən qısa zamanda göstərilməsi təmin ediləcək”. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il avqustun 31-də dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında fərman imzalayıb. Dövlət başçısı dövlət xidmətlərinin göstərilməsində yeni standartların tətbiq edilməsini, innovasiyalardan və müasir texnologiyalardan istifadənin genişləndirilməsini, habelə şəffaflığın artırılmasını təmin etmək məqsədilə qərara alıb ki, yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsində aşağıdakı qaydalara riayət olunması təmin edilsin. Xatırladaq ki, fərmanda digər məsələlərlə yanaşı, yaşayış yeri üzrə arayışın “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (İAMAS) və digər informasiya sistemlərinin məlumatlarından istifadə edilməklə, elektron qaydada tərtib edilməsi, arayışın vətəndaşların şəxsiyyət vəsiqəsi əsasında və əlavə heç bir sənəd tələb edilmədən hazırlanması və vətəndaşın müraciət etdiyi gündə də təxirəsalınmadan verilməsi nəzərdə tutulur. Bundan əlavə, Agentlik şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və cavablandırılması, eləcə də taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi, taksi minik avtomobilləri ilə sərnişin daşınmasını həyata keçirən sadələşdirilmiş vergi ödəyicilərinə məxsus nəqliyyat vasitəsinə “Fərqlənmə nişanı”nın verilməsi xidmətlərinin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsini təmin etməlidir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
