Ağcabədidə qohumunu güllələyən şəxs saxlanılıb9-09-2022, 06:51
Çap et Ağcabədidə qohumunu güllələyən şəxs saxlanılıb.DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinə bir nəfər rayon sakininin qol nahiyəsindən güllə yarası alması ilə bağlı xəstəxanadan məlumat daxil olub. Məlumatla əlaqədar Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Araşdırmalarla müəyyən olunub ki, rayon sakini Laiq İslamov yaranmış münaqişə zəminində öz qohumuna tapançadan atəş açaraq xəsarət yetirib. Keçirilmiş tədbirlərlə L.İslamov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun ailə üzvlərinə məxsus fermaya baxış keçirilən zaman bir ədəd “Makarov” markalı tapança və həmin tapançaya məxsus daraq aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Ağcabədidə qohumunu güllələyən şəxs saxlanılıb.