Bakıda özünü dilənçi kimi təqdim edən narkomanlar peyda olub30-09-2022, 05:43
Çap et Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Trend-ə bildirib ki, dilənçilik, avaralıq və tüfeyli həyat tərzi sürən şəxslərin profilaktikası daxili işlər orqanları tərəfindən daim diqqət mərkəzində saxlanılır, polis əməkdaşları həmin şəxslərlə profilaktik söhbətlər aparır və onları bu fikirdən daşındırmağa çalışırlar. "Bəzən görürük ki, bu şəxslər əməllərini öz həyat tərzinə çeviriblər. Hətta yetkinlik yaşına çatmayanlar da dilənçiliyə sövq edilir. Yetkinlik yaşına çatmayan diləndirilən şəxsin valideynləri varsa, o, polis əməkdaşları tərəfindən evinə təhvil verilir. Digər şəxs barəsində də qanunamüvafiq tədbirlər görülür." N.Əliyev bildirib ki, daha çox məscidlərdə, ziyarət yerlərində və insanların sıx toplaşdığı digər əarzilərdə bu cür neqativ hallara rast gəlinir. Belə yerlərdə polis əməkdaşları gücləndirilmiş nəzarət həyata keçirir. "Dilənçi, avara və tüfeyli həyat tərzi sürən şəxslərin arasında narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edən, oğurluq və digər cinayət törədən şəxslər də aşkarlanır və qanunamüvafiq tədbirlər görülür", - deyə qeyd edib. Fərid Zöhrabov Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
