Nitq qüsurlu uşaqların müalicəsi yönümündə yaranan çətinliklər və onların həlli yolları...20-10-2022, 19:45
Çap et Uşaqlarda nitqi qüsurları nədən əmələ gəlir? Bu gün bu çoxlarını düşündürən suallardandır.Hamiləlk dövründə ana bəzən qorxu, həyəcan, təlaş və vahimə yaşamalı olur, bəzən şiddətə məruz qalır ki, bu da körpələrin qüsurlu dogulmasına gətirib çıxarır. Süni doğuşla və ya mayalanma yoluyla dünyaya gələn körpələrdə də gec danışma çox rast gəlinən hallardandır. Belə körpələrin məktəbəqədər təlim dövründə, uşaq baxçalarında uşaqlarla ünsiyyəti çox vacibdir. Uşaqlarla oynayaraq onlar adaptasiya olunurlar və yavaş- yavaş danışmaga başlayırlar. Anadangəlmə qüsurlu uşaqlarda isə kəkələmə bəzən ömürlərinin axırına qədər davam edir. Ölkəmizdə bir çox içtimai birliklər, psixoloji mərkəzlər var ki, onlar bu qəbildən olan uşaqların müalicəsi və cəmiyyətə adaptasiya olunması yönümündə çalışırlar. Ancaq çox təəssüflər olsun ki, ölkəmizdə kəkələyən, nitq qüsurlu uşaqların müalicəsi ilə sırf məşğul olan nə bir dövlət xəstəxanası , nə də bir mərkəz fəaliyyət göstərmir. Çox arzuolunandır ki, bu sahə üzrə ixtisaslaşmış təcrübəli həkimlər yetişdirilsin. İxtisaslı həkimlərimiz xarici ölkələrin qabaqcıl tibb müəssisəlırində təcrübə keçərək dünya praktikasından mütəmadı olaraq bəhrələnməlidirlər. Sonra o yenilikləri gətirib öz ölkələrində, yəni bizim ölkəmizdə tətbiq etməlidirlər. Dövlət xəstəxanalarında sırf bu tipli xəstəliklərin müalicəsi üçün istiqamət olmadığına görə xəstələr pullu mərkəzlərə və psixoloqlara üz tuturlar. Bu da çoxlarının ailə büdcəsinə uygun olmadıgı üçün istənilən nəticəni vermir və uşaqlar ömrü boyu əziyyət çəkməli olurlar. Bu problemləri aradan qaldırılması və insanların öz evladlarını müalicə etdirmək üçün digər ölkələrə üz tutmaması üçün Azərbaycanda nitq qüsirlu uşaqlar keyfiyyətli müalicəsi üçün dövlət xəstəxanalarının fəaliyyət göstərməsi zəruridir. Bu həm insanların rifah səviyyəsinin qalxmasl istiqamətində aparılan dövlət siyasətinə dəstək olar, həm də gələcəkdə saglam gənclərimizin sayı daha çox olar. Mahirə İsmayılova, Psixoloq Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
20:46
Damət SalmanoğluHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Uşaqlarda nitqi qüsurları nədən əmələ gəlir? Bu gün bu çoxlarını düşündürən suallardandır.