Azərbaycanın qızıl və zinət əşyaları bazarında vəziyyət stabilləşib14-11-2022, 06:27
Çap et Bunu Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev deyib. Onun sözlərinə görə, Məhərrəm və Səfər aylarında şənlik mərasimlərinin keçirilməməsi Azərbaycanda qızıl və zinət əşyaları bazarına mənfi təsir etmişdi. "Yeni il qabağı istehsalçılar da mal ehtiyatlarını artırmağa çalışırlar. Ümumi olaraq hazırda qızıl və zinət əşyaları bazarındakı vəziyyəti müsbət qiymətləndirmək olar. Qiymətlərdə bahalaşma qeydə alınmayıb. Hər bayram ərəfəsində qızıl və zinət əşyalarına tələbat artır. Ancaq tələbatın artması qiymətləri bahalaşdırmır. Ölkəmizdə vətəndaşlar əsasən yerli istehsal olan qızıl və zinət əşyalarına üstünlük verir. Daha sonrakı yerlərdə isə Türkiyə, İtaliya, Birləşmiş Ərəb Əmirliklərində istehsal olunan qızıllar gəlir". T.Abbasquliyev bildirib ki, Azərbaycanda zərgərlik bazarının 75 faizi toy-nişan mərasimləri hesabına formalaşır. "Pandemiyadan sonra toylar daha sadə keçirilməyə başlanıb. Bu da zərgərlik bazarına müəyyən qədər mənfi təsir göstərir", - deyə o, qeyd edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
