Heqiqet.Az » siyaset » Prezident İlham Əliyev Latviya Prezidentini təbrik edib


Prezident İlham Əliyev Latviya Prezidentini təbrik edib

18-11-2022, 06:52
Çap et
Prezident İlham Əliyev Latviya Prezidentini təbrik edib Prezident İlham Əliyev Latviya Prezidenti Egils Levitsə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident, Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan-Latviya münasibətlərinin hazırkı yüksək səviyyəsi məmnunluq doğurur. İnanıram ki, xalqlarımızın mənafeləri naminə ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın dərinləşdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm can sağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Latviya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
Reytinq: