Ulu öndərin geniş əhatəli fəaliyyətində təhsilin inkişafı prioritet sahə kimi əhəmiyyətli yer tuturdu25-01-2023, 10:04
Çap et ![]() Bu gün zaman keşiyində cənab Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi və mədəni inkişaf yolundakı tarixi xidmələrinə nəzər yetirəndə, görülmüş işləri milli və dövlətçilik mənafeyi baxımından dəyərləndirəndə Azərbaycanın məhz bu illərdə sürətlə inkişaf etdiyinin bir daha şahidi oluruq. Azərbaycan xalqı məhz o illərdə sosial–iqtisadi və mədəni tərəqqi yoluna qədəm qoymuş, xalqın özünüdərki və özünü təsdiqləməsi üçün zəruri, ilkin şərtlər yaradılmış, əhalinin intelektual inkişaf səviyyəsi ölçüyəgəlməz dərəcədə yüksəlmişdir. XX əsrin 70-ci illərindən etibarən Azərbaycanda elm, təhsil, mədəniyyət və iqtisadiyyatın təşəkkülü və inkişafı bilavasitə ümmilli lider Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Ulu öndərin geniş əhatəli fəaliyyətində təhsilin inkişafı prioritet sahə kimi əhəmiyyətli yer tuturdu. Təhsilin cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən dahi rəhbərin qəbul etdiyi qərarlar, tarixi tövsiyələr bu gün də respublikamızda təhsil islahatlarının əsas istiqamətlərinin düzgün təyin edilməsinə öz töhfəsini verməkdədir. Tarixi təcrübə göstərir ki, elmə, təhsilə yüksək qiymət verən dövlət başçıları bununla nəinki öz ölkələrinin iqtisadi və mədəni yüksəlişini təmin edir, həm də mədəniyyətə böyük tövhə vermiş olurlar. Ulu öndər Heydər Əliyevin təhsilimizin inkişafına göstərtdiyi diqqət özünə məxsusluğu ilə fərqlənir. 1970-ci illərdə ümummilli liderin məqsədyönlü siyasəti nəticəsində qeyd etdiklərimlə yanaşı, elmin maddi-texniki bazası möhkəmlənib, Azərbaycan elmi ölkədə və dünyada tanıdılıb, tədqiqat işlərinin səviyyəsi yüksəlib, istiqamətləri genişləndirilib, elm adamları hərtərəfli qayğı ilə əhatə edilib. Ulu öndər Heydər Əliyev elmin inkişafına dövlət quruculuğunun ən mühüm bir tərkib hissəsi kimi baxırdı. Yeri gəlmişkən qeyd edim ki, bütün bunlar ümummilli liderin və onun layiqli davamçısı Prezident İlham Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdikləri dövrlərdə də dövlətin elm siyasətinin əsası olmuşdur. Azərbaycanda dövlət quruculuğu sahəsində qazanılmış nailiyyətlərinin bir səbəbi də məhz bu siyasət hesab oluna bilər. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə elmin inkişafını ləngidən, onu geri çəkən neqativ halların da vaxtında aradan qaldırılması üçün bir sıra mühüm tədbirlərin həyata keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olub. Təhsilimizin dünya səviyyəsinə cavab verən hazırkı durumdakı inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Hazırda Azərbaycanda fəaliyyət göstərən məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin geniş şəbəkəsi, güclü elmi-pedaqoji kadr potensialı öz mənbəyini məhz Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan məqsədyönlü siyasətdən almışdır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə zamanı təhsil müəssisələrimizdə şagirdlərin dərsliklərlə təmin olunması sahəsində əhəmiyyətli addım atılmış, şagirdlərin dərsliklərlə pulsuz təminatına keçilmişdi. Müstəqilliyin ilk illərində ozamankı hakimiyyət tərəfindən dərsliklə pulsuz təminat ləğv edilsə də, Heydər Əliyev bu imtiyazı yenidən bərpa etmişdir və hazırda da bütün şagirdlər dərsliklərlə, müəllimlər isə tədris vəsaitləri ilə pulsuz təmin edilirlər. Ümumi təhsil sahəsində ən mühüm nailiyyətlərdən biri 2008-ci ildən başlanmış məzmun islahatlarının cari ildə başa çatması və ümumi təhsilin yeni modelinə keçidin təmin edilməsi olmuşdur. Azərbaycanda təhsilin inkişaf tarixinin təhlili göstərir ki, ulu öndər Heydər Əliyevin bütün islahat təşəbbüsləri İlham Əliyev tərəfindən davam və inkişaf etdirilmiş, ölkəmizin tərəqqisinə böyük töhfə vermişdir. Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı dövlət başçısı İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar təhsilin inkişafına davamlı dövlət qayğısının daha bir parlaq nümunəsi olmuşdur. Bu sərəncamlara əsasən, regionlarda modul tipli məktəblərin quraşdırılmışdır. Eyni zamanda bu istiqamətdə işlər daha intensiv şəkildə davam etdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür ki, bu da təhsilə olan qayğıdan xəbər verir. ![]() Aygün Əzənmədova, ADPU nəzdində ADPK də, İdrak liseyində Azərbaycan dili və ədəbiyyat müəllimi Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|