Mövlud Çavuşoğlu yardım üçün Azərbaycana təşəkkür edib7-02-2023, 19:40
Çap et Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. "Zəlzələnin ilk saatlarında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov zəng etdi. Xilasedicilərdən ibarət heyəti yola çıxmaq üçün artıq hazırlıqlara başlamışdılar. Hər birinə çox təşəkkür edirik", - deyə M.Çavuşoğlu bildirib. Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
