Bu gün "Qarabağ" - "Gent" klubu ilə qarşılaşacaq15-02-2023, 19:36
Çap et "Köhlən atlar" Bakıda Belçika "Gent"ini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 21:45-da başlayacaq. Matçın baş hakimi İsveç Futbol Federasiyasından Məhəmməd Al-Hakim olacaq. "Qarabağ" tarixində ikinci dəfə Konfrans Liqasının pley-off mərhələsində qüvvəsini sınayacaq. Belə ki, ağdamlılar ötən mövsüm turnirin bu raundunda Fransa "Marsel"inə uduzaraq avrokuboklarla vidalaşıb. UEFA Konfrans Liqası Pley-off mərhələsi, ilk oyun 16 fevral 21:45. "Qarabağ" (Azərbaycan) - "Gent" (Belçika) Hakimlər: Məhəmməd Al-Hakim, Fredrik Klayver, Maks Robin Uayld, Boyan Panciç (İsveç) Bakı, Tofiq Bəhramov adına Respublika stadionu Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 23-də Gent şəhərində keçiriləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib15:40
“Vətəni sevmək imandandır” – Vətən sevgəsinin, şəhidlik zirvəsinin və tarixi yaddaşın təntənəsi.Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
