Samir Şərifov Yunanıstanda QDTİB-in Xüsusi Toplantısında iştirak edir2-03-2023, 22:18
Çap et Martın 3-də Yunanıstanın Saloniki şəhərində Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 16-cı Xüsusi Toplantısı öz işinə başlayıb.Toplantıda maliyyə naziri, QDTİB-nin Azərbaycan üzrə rəhbəri Samir Şərifov iştirak edir. İclasın gündəliyinə üzv ölkələr tərəfindən bankın abunə kapitalının artırılması, bankın 2023-2026-cı illər üçün Ortamüddətli Strategiya və Biznes Planının 2023-2024-cü illəri əhatə edən 1-ci mərhələsinin təsdiqi daxildir. Qara Dəniz Ticarət və İnkişaf Bankı beynəlxalq dövlətlərarası maliyyə kredit təşkilatıdır. Bank 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər - Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Yunanıstan və Ukrayna tərəfindən yaradılıb. Bankın baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşir. QDTİB iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir, üzv ölkələrdə dövlət və özəl sektorlarda layihələr üçün kreditlərin verilməsi, kredit xətlərinin açılması, investisiyaların və zəmanətlərin verilməsində və ticarətin maliyyələşdirilməsində iştirak edir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Martın 3-də Yunanıstanın Saloniki şəhərində Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 16-cı Xüsusi Toplantısı öz işinə başlayıb.