Heqiqet.Az » dunya » Türkiyədə zəlzələ nəticəsində dağılan binalarla bağlı 269 nəfər həbs edilib


Türkiyədə zəlzələ nəticəsində dağılan binalarla bağlı 269 nəfər həbs edilib

10-03-2023, 11:40
Çap et
Zəlzələlər nəticəsində dağılan və ya inşaat qaydalarının pozulduğu təsbit edilən binalarla bağlı Türkiyə Baş Prokurorluğu tərəfindən başladılan araşdırmalarda 1068 şübhəlinin məsuliyyəti müəyyən edilib.
Saxlanılanların 269-u həbs edilib, 320 şübhəli barəsində məhkəmə nəzarəti həyata keçirilib.
Xatrıladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.
Reytinq: