G7 ölkələri istixana qazları tullantılarının azaldılması üçün çağırış edəcəklər3-04-2023, 11:13
Çap et Bu barədə “Nikkei” qəzeti xəbər verib. Məlumata əsasən, birgə bəyanat layihəsinə görə, G7 nazirləri orta temperaturun Selsi üzrə 1,5 dərəcədən çox artmasının qarşısını almaq üçün 2035-ci ilə qədər istixana qazları tullantılarının azaldılması fikrini dəstəkləyəcəklər. Nazirlərin görüşü aprelin 15-16-da Yaponiyanın Sapporo şəhərində keçiriləcək. Xatırladaq ki, 2015-ci ilin dekabrında qlobal istiləşmə ilə mübarizə üçün Paris sazişi imzalanıb. Saziş çərçivəsində iştirakçı ölkələr orta temperaturun artımını 1,5 və ya 2 dərəcə Selsi səviyyəsində saxlamaq üçün yaxın onilliklərdə CO₂ emissiyalarını könüllü şəkildə azaltmağı öhdələrinə götürüblər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
