BDU tələbələri IDEA Heyvanlara Qayğı Mərkəzində14-04-2023, 13:13
Çap et Bu barədə BDU-dan məlumat verilib. Ekskursiya zamanı tələbələrə IDEA Heyvanlara Qayğı Mərkəzinin yaranması və fəaliyyət missiyası haqqında məlumat verilib. Qeyd olunub ki, IDEA Heyvanlara Qayğı Mərkəzinin təməli 2014-cü ilin oktyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən qoyulub. 2016-cı ilin sonunda Mərkəzin inşası başa çatdırılıb, həmin il noyabrın 10-da Leyla Əliyevanın iştirakı ilə kompleksin rəsmi açılışı olub. 2017-ci ilin mart ayının 1-dən etibarən Mərkəz rəsmi olaraq fəaliyyətə başlayıb. Tələbələrə Mərkəzdəki müasir avadanlıqlarla təchiz olunmuş klinika, it və pişiklər üçün sığınacaq, karantin blokları, himayə bölməsi, heyvan mehmanxanası və salonu, oyun meydançası, yataqxana, konfrans zalı, kafe və dükan barədə məlumat verilib. Sonda Mərkəz əməkdaşları tələbələri maraqlandıran sualları cavablandırıblar. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
