KAAN 2028-ci ildə Türkiyə hərbi hava qüvvələrinin inventarına daxil ediləcək3-05-2023, 14:25
Çap et Türkiyə hərbi hava qüvvələri komandanlığına 2028-ci ildə təhvil verilməsi planlaşdırılan milli döyüş təyyarəsi KAAN ilə Türkiyə, 5-ci nəsil döyüş təyyarələri dizayn edən və istehsal edən ölkələr sinfinə daxil olub. Milli reaktiv döyüş təyyarəsi Kaanın inventara daxil olduqdan sonra Anka-3 və Kızılelma pilotsuz döyüş təyyarələri ilə avtonom qol uçuşu həyata keçirilməsi planlaşdırılır. Məlumat üçün bildirək ki, Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan milli döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb. Mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “İstikbalin Yüzyılı” proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
