Heqiqet.Az » iqtisadiyyat » Dövlət büdcəsinə vergi daxilolmaları yarıdan çox artıb


Dövlət büdcəsinə vergi daxilolmaları yarıdan çox artıb

11-05-2023, 11:18
Çap et
2023-cü ilin yanvar-aprel aylarında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 52,4% artaraq 7 mlrd. 672,2 mln. manat təşkil edib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
Nazir qeyd edib ki, bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 16,7% artaraq 4 mlrd. 3,4 mln. manat olub.
"Vergi daxilolmalarının artımında “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması istiqamətində atılan addımların əhəmiyyətli rolu var", - M.Cabbarov yazıb.
Dövlət büdcəsinə vergi daxilolmaları yarıdan çox artıb
Reytinq: