Heqiqet.Az » idman » “Qəbələ”nin futbolçusu Məqsəd İsayev üçün “Şamaxı” ilə oyun əlamətdar olub


“Qəbələ”nin futbolçusu Məqsəd İsayev üçün “Şamaxı” ilə oyun əlamətdar olub

26-05-2023, 12:28
Çap et
“Qəbələ”nin futbolçusu Məqsəd İsayev üçün “Şamaxı” ilə oyun əlamətdar olub “Qəbələ”nin futbolçusu Məqsəd İsayev Azərbaycan Premyer Liqasında 200-cü oyununa çıxıb. İyirmi səkkiz yaşlı müdafiəçinin yubileyi XXXV tura təsadüf edib. O, “Şamaxı” ilə səfər matçını əvəzolunmadan keçirib.
Futbolçu Premyer Liqadakı 200 görüşdə 5 qol vurub. 2021-ci ilin yayından “Qəbələ” forması geyinən müdafiəçi bu matçların 60-nı “qırmızı-qara”ların üzvü kimi keçirib. Onun aktivində 3 qol var.
Premyer Liqada 2013-2014-cü il mövsümündə debüt edən M.İsayevin ilk komandası “Neftçi” olub. O, bu klubda 75 oyuna çıxıb. Karyerası ərzində beş klubda çıxış edən futbolçu “Şamaxı”da 6 (1 qol), “Sabah”da 39 (1 qol), “Səbail”də 20 dəfə meydana çıxıb.
Xatırladaq ki, “Şamaxı” – “Qəbələ” qarşılaşması 0:0 hesabı ilə başa çatıb.
Reytinq: