Orta Dəhlizə əlavə yüklərin cəlb edilməsi üzərində iş gedir20-06-2023, 11:01
Çap et Bu barədə TBNM Assosiasiyasının baş direktoru Haydar Abdikerimov deyib. Onun sözlərinə görə, TBNM və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi arasında aydın razılaşma var. "Bu ilin fevral ayında nəqliyyat marşrutlarının inkişafı, yeni mal və yüklərin cəlb olunması məqsədilə əməkdaşlığa dair memorandum imzaladıq. Həmçinin imzalanmış sənəd çərçivəsində Avropa, Qafqaz və Asiya regionlarında nəqliyyat və sosial-iqtisadi şəraitin möhkəmlənməsinə dair məlumat mübadiləsi aparacağıq ki, bu da öz növbəsində əlverişli investisiya mühiti yaradacaq", - o deyib. H.Abdikerimov Şərq-Qərb və Qərb-Şərq vektorunda TRACECA və TBNM-in eyni məqsədləri izlədiyini vurğulayıb. Qeyd edək ki, sənəd TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Aset Asavbayev və TBNM-in baş direktoru Haydar Abdikerimov tərəfindən imzalanıb. İmzalanma mərasimi TRACECA Hökumətlərarası Komissiyasının Tbilisidə keçirilən 16-cı illik toplantısında baş tutub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
