Heqiqet.Az » dunya » "Tiktok" Azərbaycandan yüklənmiş 400 minə yaxın videonu silib


"Tiktok" Azərbaycandan yüklənmiş 400 minə yaxın videonu silib

6-07-2023, 11:02
Çap et
"Tiktok" Azərbaycandan yüklənmiş 400 minə yaxın videonu silib Bu ilin I rübündə “TikTok” Azərbaycandan yerləşdirilmiş 390 223 videonu platformasından silib.
Bunu şirkətin Şərqi Avropa və Mərkəzi Asiya üzrə kommunikasiya xidmətinin rəhbəri Kristina Yeremeyeva bildirib.
Onun sözlərinə görə, bu videoların 80,1%-i yükləndikdən sonra 24 saat ərzində silinib. Bundan başqa, silinmələrin 95,2%-i isə proaktiv qaydada baş tutub.
K.Yeremeyeva həmçinin deyib ki, rüb ərzində dünya üzrə 91 003 510 video silinib ki, bunun da 89,9%-i yerləşdirildikdən sonra 24 saat ərzində baş verib.
Reytinq: