Cəlilabadda və Tərtərdə taxıl sahələri yanıb11-07-2023, 14:01
Çap et Hadisə rayonun Abdullu kəndi ərazisində biçilmiş taxıl sahələrində qeydə alınıb. İlkin məlumata görə, kəndin 3 sakininə məxsus sahədə 3 hektar ərazi yanıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Faktla bağlı araşdırma aparılır. *** Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tərtər rayonunun Bala Kəngərli kəndi yaxınlığında taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən bildirilib ki, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, taxıl sahəsində baş vermiş yanğının küləkli havanın təsiri ilə qısa müddətdə genişlənərək yaxınlıqdak digər əkin sahələrinə keçməsi ehtimalı yüksəkdir. Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri ve təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək, genişlənərək digər taxıl sahələrinə keçməsinə imkan verilməyib. Yanğın nəticəsində təxminən 1,5 ha biçilmiş taxıl sahəsi yanıb. Ətrafdakı taxıl sahələri yanğından mühafizə olunub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
