Heqiqet.Az » yazarlar » Beyləqanda şairə Esmira Günəşin kitabına təqdimat keçirilib


Beyləqanda şairə Esmira Günəşin kitabına təqdimat keçirilib

12-07-2023, 22:57
Çap et
Beyləqanda şairə Esmira Günəşin kitabına təqdimat keçirilib Beyləqan rayon Mədəniyyət nümayəndəliyinin əməkdaşı Elnur müəllim, Beyləqan rayon Mərkəzləşmiş kitabxana sisteminin rəhbəri Gültəkin xanım və "Yüksəliş" Sosial İnkişafa Kömək İctimai Birliyinin sədri Arzu müəllimin təşkilatçılığı ilə Beyləqan rayonunda şairə Esmira Günəşin "Qəlbimizdə yaşayanlar" kitabının təqdimatı keçirilib.
Şairə Esmira Günəş nənəsinin vəfatı ilə əlaqədar tədbirdə iştirak edə bilməsə də tədbir yüksək səviyyədə təşkil olunaraq şairəninvşəhidlərimizin yer aldığı kitabları şəhid ailələrinə təhvil verilib. Tədbirdə şəhid ailələri və qonaqlar iştirak ediblər. Tədbirin gedişatında şəhid ailələri çıxış edib və hər biri çıxışında şairənin zəhmətini qiymətləndirərək təşəkkürlərini bildiriblər. Tədbir xatirə şəkilləri ilə yekunlaşdırılıb.
Reytinq: