Cənubi Koreyada sel fəlakətə səbəb oldu - Tuneldən 13 cəsəd çıxarıldı17-07-2023, 10:58
Çap et Ölkədə yağan şiddətli yağışların səbəb olduğu sel və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb, 10-dan çox insan itkin düşüb. 685 metrlik tuneldə qalan insanların dəqiq sayı açıqlanmayıb, lakin 15 avtomobilin tuneldə qaldığı bildirilir. Cənubi Koreyanın Müdafiə Nazirliyi təbii fəlakətlə mübarizə əməliyyatlarına 472 nəfər hərbi qulluqçunun və 69 dövlət avadanlığının göndərildiyini açıqlayıb. Xatırladaq ki, Cənubi Koreyada ötən ilin avqust ayında yağan şiddətli yağışlar nəticəsində 14 nəfər, 2020-ci ildə isə sel və torpaq sürüşmələri nəticəsində 48 nəfər həlak olmuşdu. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
