Müdafiə sənayesində qət etdiyimiz məsafə ölkəmizin inkişafının göstəricisidir - Ərdoğan28-07-2023, 16:54
Çap et Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IDEF-23 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin bağlanış mərasimində çıxışı zamanı deyib. "Dünyanın 81 fərqli ölkəsi ilə yanaşı, NATO, Afrika Birliyi və Türk-Amerika İş Şurası IDEF-23-də iştirak edib. Eyni zamanda, sərgidə 189 heyəti təmsil edən 741 nümayəndə heyəti, 689-u yerli, 772-si xarici olmaqla 1461 şirkət iştirak edib. 15%-i əcnəbi olmaqla 100.000-dən çox ziyarətçiyə ev sahibliyi edən IDEF-23 bu dəfə də sektorda öz izini qoyub", - deyə o, əlavə edib. R.T.Ərdoğan onu da bildirib ki, 2023-cü ilin birinci yarısında müdafiə sənayesi sahəsində 2 milyard dollardan çox olan ixracatın ilin sonunda 6 milyard dollara çatdırılması hədəflənir. Qeyd edək ki, 25-28 iyul tarixlərində Türkiyə Milli Müdafiə Nazirliyinin ev sahibliyi, Türkiyə Silahlı Qüvvələri Fondunun rəhbərliyi ilə təşkil edilən IDEF-23 bu il İstanbulda 16-cı dəfə keçirilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib15:40
“Vətəni sevmək imandandır” – Vətən sevgəsinin, şəhidlik zirvəsinin və tarixi yaddaşın təntənəsi.Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
