Heqiqet.Az » siyaset » Deputat Etibar Hüseynov seçkiyə qatılmaqdan imtina etdi


Deputat Etibar Hüseynov seçkiyə qatılmaqdan imtina etdi

2-10-2015, 17:46
Çap et
Deputat Etibar Hüseynov seçkiyə qatılmaqdan imtina etdi
Deputat Etibar Hüseynov noyabrın 1-də keçiriləcək parlament seçkilərinə qatılmayacaq.
Bu barədə E.Hüseynov özünün sosial şəbəkədəki hesabında yazıb: “Əziz dostum və qardaşım Ülvi Quliyevin bir-sıra obyektiv səbəblərdən namizədliyini deputatı olduğum 15 saylı dairədən irəli sürməsi planlarımı deyişdi. Hər şeyi sıfırdan başlamaq isə böyük maliyyə, vaxt və enerji tələb edir. Etiraf edək ki, bugünkü kifayət qədər siyasiləşmiş cəmiyyətimizdə arxanda ciddi siyasi qüvvə və maliyyə rıçaqları olmadan bitərəf şəkildə seçkiyə qatılmaq və qalib gəlmək çox çətindir. Buna görə də seçkilərə qatılmamaq qərarını verdim. Bütün namizədlərə uğurlar arzulayıram”.
Reytinq: