“Milan” PSJ-yə, “Barselona” “Şaxtyor”a qarşı - Çempionlar Liqası25-10-2023, 12:35
Çap et Ikinci oyun günündə E, F, G və H qrupunun matçları keçiriləcək. E qrupunda “Feyenoord” Niderlandda İtaliyanın “Latsio” klubunu, “Seltik” isə Şotlandiyada İspaniyanın “Atletiko” komandasının qəbul edəcək. F qrupunda İtaliya “Milan”ı Fransada PSJ-nin, Almaniyanın “Borussiya” (Dortmund) kollektivi isə İngiltərədə “Nyukasl”ın qonağı olacaq. G qrupunda “Leyptsiq” Almaniyada Serbiyanın “Srvena Zvezda” klubu ilə, “Yanq Boyz” İsveçrədə turnirin son qalibi olan İngiltərənin “Mançester Siti” komandası ilə qarşılaşacaq. H qrupunda isə Ukraynanın “Şaxtyor” (Donetsk) kollektivi İspaniyada “Barselona” ilə, Portuqaliya “Portu”su isə Belçikada “Antverpen” ilə üz-üzə gələcək. Çempionlar Liqası Qrup mərhələsi, III tur 25 oktyabr E qrupu 20:45. “Feyenoord” (Niderland) - “Latsio” (İtaliya) 23:00. “Seltik” (Şotlandiya) - “Atletiko” (İspaniya) Xal durumu: "Atletiko"- 4, "Latsio" - 4, “Feyenoord” - 3, “Seltik” - 0. F qrupu 23:00. PSJ (Fransa) - “Milan” (İtaliya) 23:00. “Nyukasl” (İngiltərə) - “Borussiya” (Dortmund, Almaniya) Xal durumu: "Nyukasl" - 4, PSJ - 3, “Milan” - 2, “Borussiya” - 1. G qrupu 23:00. “Leyptsiq” (Almaniya) - “Srvena Zvezda” (Serbiya) 23:00. “Yanq Boyz” (İsveçrə) - “Mançester Siti” (İngiltərə) Xal durumu: "Mançester Siti" - 6, “Leyptsiq” - 3, “Srvena Zvezda” - 1, “Yanq Boyz” - 1. H qrupu 20:45. “Barselona” (İspaniya) - “Şaxtyor” (Donetsk, Ukrayna) 23:00. “Antverpen” (Belçika) - “Portu” (Portuqaliya) Xal durumu: "Barselona" - 6, "Portu" - 3, “Şaxtyor” - 3, “Antverpen” - 0. Qeyd edək ki, bu turun ilk səkkiz oyunu oktyabrın 24-də keçirilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
20:46
Damət Salmanoğlu11:29
Damət SalmanoğluHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
