Heqiqet.Az » siyaset » Vətən Müharibəsindən sonra Azərbaycan dövlətçiliyinin tarixində yeni inkişaf dövrü başlandı


Vətən Müharibəsindən sonra Azərbaycan dövlətçiliyinin tarixində yeni inkişaf dövrü başlandı

2-11-2023, 23:00
Çap et
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətl Azərbaycan Ordusunun 2020-ci ilin sentyabr – noyabr aylarında 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfər Azərbaycan tarixinin müstəsna əhəmiyyətli hadisələrindən biridir. Döyüş meydanında Ermənistan Silahlı Qüvvələrinin darmadağın edilməsi, 30 ilə yaxın işğal altında saxlanılaraq, talan edilən, demək olar ki, yerlə yeksan edilən şəhər və kəndlərimizin əsarətdən qurtarılması, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması bir daha bütün dünyaya göstərdi ki, biz erməni işğalı ilə heç zaman barışmayacağıq.
Tarixi torpaqlarımızın hərbi-siyasi yolla azad olunması ilə biz təkcə suveren hüquqlarımızı bərpa etmədik, eyni zamanda, əyilmiş qamətimimiz dikəltdik, özümüzə hörməti qaytardıq, şərəfimizi xilas etdik, Qarabağda, Şərqi Zəngəzurda işgəncəyə məruz qalan, qəddarcasına qətlə yetirilən şəhid və şahidlərimizin qisasını aldıq. Bu tarixi qələbə ilə xalqımıza, dövlətimizə açıq və gizli şəkildə edilən təzyiqlərə boyun əymədiyimizi, ədaləti bərpa etmək üçün, doğma tarixi ərazilərimizi işğaldan azad etmək üçün hər bir fədakarlığa hazır olduğumuzu nümayiş etdirdik.
Xalqımız son 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır.Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Ermənilərin təkcə XX əsrdə həyata keçirdikləri soyqırımı, deportasiya və etniktəmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə iyirmi doqquz tam onda səkkiz minkvadrat kilometr ərazisini itirmiş, 1991-1993-cü illərdə isə torpaqlarımızın 20 faizi işğaledilmişdir. Bütövlükdə isə iki milyon yarım azərbaycanlı soyqırımı və deportasiya cinayətlərinin qurbanı olmuşdur.
44 gün davam edən və qələbə ilə nəticələnən Vətən Müharibəsindən sonra Azərbaycan dövlətçiliyinin tarixində yeni inkişaf dövrü başlanmışdır. Yenilməz sərkərdəsinin və uzaqgörən liderinin rəhbərliyi ilə möhtəşəm qələbəni əldə edən xalqımız bundan belə heç kəsin onunla güc və təzyiq dili ilə danışa bilməyəcəyini qətiyyətlə bəyan etmişdir.
Xalqın tələbi ilə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan strategiya ölkə başçısı İlham Əliyev tərəfindən daha da gücləndirildi. Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin əsas məqsədi işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması idi. Bunun üçün ilk növbədə, ölkəmizin iqtisadi imkanları artmalı, gücləndirilməli idi. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı.
Həmvətənlərimizi möhtəşəm Zəfərimizin 3-cü ildönümü münasibəti ilə təbrik edirəm!
Vətən Müharibəsindən sonra Azərbaycan dövlətçiliyinin tarixində yeni inkişaf dövrü başlandı

Qəhrəmanova Səliqə Novruz qızı,
ADRU-nun Analitik və üzvi kimya kafedrasının müəllimi.

02.10.2023
Reytinq: