Millimizin baş məşqçisi postuna yerli mütəxəssis keçməlidir - Vaqif Sadıqov23-11-2023, 12:36
Çap et Hesab edirəm ki, layiq olan yerli bir mütəxəssis futbol millimizin baş məşqçisi postuna keçməlidir.
Bunu AFFA-nın vitse-prezidenti, qurumun İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov deyib. O qeyd edib ki, şəxsi fikiri yerli mütəxəssisin baş məşqçi olmasıdır. "Lakin millinin yeni baş məşqçisinin müəyyən olunması ilə bağlı xüsusi işçi qrup yaradılacaq. Ora İcraiyyə Komitəsinin müəyyən üzvləri və mütəxəssislər cəlb olunacaq. Ondan sonra yerli və xarici mütəxəssislər barəsində müzakirələr aparılacaq. Lakin əksəriyyət milli komandanın baş məşqçisinin yerli olmasının tərəfdarıdır. Baş məşqçiliyə bir neçə namizəd olacaq ki, onları da nəzərdən keçirib gələn İcraiyyə Komitəsinin iclasına bir neçə namizəd tövsiyə olunacaq", - deyə o, qeyd edib. Qeyd edək ki, bu gün AFFA (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası) İcraiyyə Komitəsinin fövqaladə iclası keçirilib. Toplantıda Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin millidəki taleyi ilə bağlı qərar verilib. AFFA İcraiyyə Komitəsinin iclasında italiyalı mütəxəssislə yeni müqavilə imzalanmayacağı bildirilib. Beləliklə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə yollar ayrılıb. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|