Nazarbayevdən gözlənilməz etiraf: “Dini kəbinlə ikinci həyat yoldaşım və ondan iki oğlum var”30-11-2023, 14:01
Çap et ![]() “Mənim həyatım” xatirələr kitabında o, iki oğlu - Tauman (2005-ci ildə) və Baykeni (2008-ci ildə) dünyaya gətirən Asel İsabayeva ilə münasibətindən danışıb. Siyasətçi bildirib ki, İsabayevanı ilk dəfə Qazaxıstanın cənub-şərqindəki Taldıkorqan şəhərinə səfəri zamanı görüb. Qız dövlət başçısını təyyarənin pilləkənlərində gül dəstələri ilə qarşılayıb. “Belə bir mərasimdə iştirak etmək üçün yerli ən gözəl qızlar seçilir”, - deyə eks-prezident bildirib. Nazarbayev qeyd edib ki, bundan sonra İsabayevanın obrazı onun yaddaşından getməyib. Bir gün o, qızın “Miss Qazaxıstan” müsabiqəsində Qran-pri qazandığını görüb və onu axtarıb tapıb. “Aselin həm xarici görünüşündə, həm də düşüncəsində axtardığım bir çox keyfiyyətləri gördüm. Ən əsası isə illərdir davam edən mənəvi tənhalıqdan qurtuldum”, - deyə siyasətçi vurğulayıb. Daha sonra onlar müsəlman adəti ilə evləniblər. Nazarbayev arvadı Saraya (1962-ci ildən evlidir), həmçinin qızları Dariqa (1963-cü il təvəllüdlü), Dinara (1967-ci il təvəllüdlü) və Aliyəyə (1980-ci il təvəllüdlü) hər şeyi danışıb. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|