Heqiqet.Az » medeniyyet » Ray ekranlara geri dönür


Ray ekranlara geri dönür

7-10-2015, 11:40
Çap et
Ray ekranlara geri dönür 1994-cü ildə “Dünya gözəli” seçilən hindistanlı aktrisa-model Ayşvariya Ray ekranlara qayıdır.
Vaxtilə Hollivud filmlərində də çəkilən Ray kino karyerasında uzunmüddətli fasilədən sonra yeni layihə ilə tamaşaçılar qarşısına çıxacaq. O, “Qarşılıqlı cazibə” filmində baş rolda- qızı oğurlanmış ana obrazında çəkilib.
Ayşvariya açıqlamasında illər keçməsinə baxmayaraq, aktrisalıq qabiliyyətini itirmədiyini deyib:
“Keçmiş aktrisa” sözü yoxdur. Yeni filmimin çəkilişinin hər anından zövq aldım. İnanıram ki, tamaşaçıların da xoşuna gələcək”. Qeyd edək ki, filmin premyerası oktyabrın 9-da olacaq.
Reytinq: